Qazaxıstan hökuməti Bişkek istilik elektrik stansiyasında (İES) baş vermiş qəza ilə əlaqədar Qırğızıstana humanitar yardım olaraq 2 min ton dizel yanacağı göndərib.

Bu barədə məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən göndərilən yanacaq “Rezerv” Respublika Dövlət Müəssisəsinin “Zarya” filialından ilkin partiyada min ton həcmində olmaqla 17 vaqon-sisternlə yola salınıb.

Humanitar yük Qırğızıstanın Energetika Nazirliyinin nümayəndələrinə təhvil verilib.

İstinadlar Report