Qazaxıstanın yeni prezidenti Qasım Comərd Tokayevlə Ermənistan prezidenti Armen Sarkisyanın görüşü olub.

Azərbaycan 24 xəbər verir ki, Astana İqtisadi Forumu çərçivəsində keçirilən görüş əvvəlki dövrlərdən fərqli məzmunu ilə yadda qalıb.

Tokayev iki ölkə arasındakı ‘dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəm əsaslara malik olduğunu’ bildirib, erməni icmasının Qazaxıstanın sosial-iqtisadi inkişafında önəmli rol oynadığını qeyd edib.

Armen Sarkisyan isə bəzəkli cümlələrlə deyil, reallığa uyğun danışıb və əsasən Qazaxıstan və Ermənistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına diqqət çəkib.

Ölkələr arasında ticarət dövriyyəsinin ötən il 30% artığını bildirən tərəflər bu dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Nazarbayevin prezidentliyi dövründə Qazaxıstan-Ermınistan əlaqələri əsasən formal xarakter daşıyıb. Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanı ‘oyundan kənar’ saxlamağa çalışan Nazarbayev İrəvanla münasibətləri mimimum səviyyədə saxlamağa nail olmuşdu. Bu səbəbdən Qazaxıstanın yeni rəhbərinin Ermənistana necə yanaşacağı Bakıda da böyük maraqla izlənilir. Hazırda da Qazaxıstanda söz sahibi olan Nazarbayevin bu məsələ ilə bağlı Tokayevi istiqamətləndirəcəyi də istisna edilmir.

Oxumağa dəyər:   Qazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olub