Qazaxıstanda döyüş sursatının partlaması nəticəsində 10 hərbi qulluqçu yaralanıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Arıs şəhərindən 60 kilometr məsafədə yerləşən təlim meydanında hərbçilərin planlaşdırılmış işləri həyata keçirdiyi zaman baş verib. Yaralıların hamısı müqavilə üzrə xidmət edənlərdir. Onlar qəlpə yarası ilə Müdafiə Nazirliyinin sahə hospitalına çatdırılıb.

İstinadlar Report