
Qazaxıstanın şimalındakı Akmola vilayətində uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb.
Qəza aprelin 18-də Astana-Yereymentau-Şidertı avtomobil yolunda “Mercedes” markalı mikroavtobusun iştirakı ilə baş verib. Qəza nəticəsində məşqçi hadisə yerində ölüb, uşaqlar isə tibb müəssisəsinə çatdırılıb, onlar həkimlərin nəzarətindədirlər.
Polisin verdiyi məlumata görə, mikroavtobus sürücünün yük maşını keçmək istədiyi məqamda aşıb. Qəza zamanı avtobusda 14-16 yaş arası 16 uşaq və 1 məşqçi olub.
Komanda yarış üçün Pavlodardan Astanaya gedirdi.