Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Almaniyanın Federal Kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransı gözlənilmədən Astana tərəfinin təşəbbüsü ilə ləğv edilib.
Bu barədə Almaniya DPA məlumat yayıb.
Buna baxmayaraq, Şolts Tokayevlə görüşdən sonra jurnalistlərlə danışıb: “Hər halda bütün dünyada jurnalistlər üçün yaxşı iş şəraitinin olmasını istərdim. Odur ki, mən bu işdə kiçik bir töhfə vermək üçün burada sizin qarşınızda dayanıram”.
Qeyd edək ki, liderlər Astanada iki ölkə arasında enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər. Eyni zamanda ölkələr arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.