Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Almatıda insanların kütləvi toplaşdığı yerlərdə terror aktları planlaşdıran iki ekstremisti yaxalayıblar.

Bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, şübhəli şəxslər məhkəmənin qərarı ilə həbs ediliblər.

“Onların yaşadığı yer üzrə istintaq hərəkətlərinin gedişatında əldəqayırma partlayıcı qurğu, onun istehsalı üçün lazımi komponentlər, soyuq silah və digər əşyalar müsadirə edilib”, – deyə komitənin yaydığı press-relizdə bildirilir.

İstintaq materiallarına əsasən saxlanılanlar respublika ərazisində, o cümlədən insanların kütləvi toplaşdıqları yerlərdə terror aktları planlaşdırırmış.

Faktla bağlı terror aktına hazırlıq və terror təbliğatı maddələri üzrə cinayət işləri qaldırılıb.

İstinadlar Report