Qazaxıstanda hərbi təlim meydanında partlayış olub.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, qumbaranın partlaması nəticəsində 2 hərbi qulluqçu yaralanıb.Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

“Ərazidə hərbi hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət operativ istintaq qrupu işləyir. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin versiyaya görə, hərbi qulluqçular təhlükəsizlik qaydalarını pozmaları nəticəsində xəsarət alıblar”, – deyə nazirlikdən bildirilib.

İstinadlar Report