Qazaxıstanın Abay bölgəsində Semey meşəsində yanğın başlayıb. Yanğında 3 meşə işçisi həyatını itirib, 30 min hektar ərazi külə dönüb.

Bildirilir ki, Semey şəhərində fövqəladə vəziyyət elan edilib.

Hazırda 25 meşə təsərrüfatı işçisi ilə əlaqə yoxdur. Onların tapılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edilir ki, yanğınla mübarizəyə 662 canlı qüvvə və 177 texnika cəlb olunub. Aviasiya texnikası (altı helikopter) ümumi həcmi 192 ton olan 80 su atışı həyata keçirib.

Mövcud vəziyyəti nəzərə alaraq, əlavə olaraq Astana şəhəri və Qaraqanda vilayəti Fövqəladə Hallar Departamentinin 133 nəfərlik canlı qüvvə və vasitələrinin bir qrupunun və 48 texnikanın, həmçinin dörd helikopterin göndərilməsi qərara alınıb.

İstinadlar Report