Qazaxıstan Baş naziri Oljas Bektenovun tapşırığı ilə Ulıtau vilayətində mədənin çökməsi səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün xüsusi komissiya yaradılıb.

Məlumata görə, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edir.

“[Ona] dövlət orqanları və təşkilatlarının işini əlaqələndirmək üçün dərhal fövqəladə hadisə yerinə getmək tapşırılıb”, – məlumatda qeyd olunub.

İstinadlar Report