
Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
K.Bişimbayev Qazaxıstan Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinib.
Xatırladaq ki, o, 2023-cü il noyabrın 9-da qohumu və qətlin baş verdiyi restoranın direktoru ilə birlikdə saxlanılıb.