Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları fevralın 22-də Nur-Sultan və Almatı şəhərlərində keçirilən icazəsiz mitinqlər zamanı 53 nəfəri saxlayıblar.

Bu barədə jurnalistlərə Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev məlumat verib.

Onun sözlərinə görə, inzibati məsuliyyətə cəlb olunanlar var, 43 nəfər isə aparılan söhbətdən sonra sərbəst buraxılıb.

İstinadlar Report