Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib.

Məlumata görə, bütün ölkədə konstitusiya quruluşu bərpa edilib, lakin bəzi bölgələrdə antiterror əməliyyatı hələ də davam edir.

Xatırladaq ki, yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev artan iğtişaşlar və qırğınlar fonunda fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb. Rejim yanvarın 19-u yerli vaxtla saat 00:00-dək tətbiq edilib.