Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip bildirib.

“Ümumilikdə, təxliyə məntəqələrindən 22 734 nəfər evlərinə qayıdıb. 8 809 nəfər hələ də məntəqələrdə qalır ki, onlardan 3 828-i uşaqdır”, – Nazirlik rəsmisi deyib.

Onun sözlərinə görə, Qərbi Qazaxıstan və Atırau vilayətlərində Jaiyk (Ural) çayının məcrasında suyun səviyyəsi xüsusi nəzarətdə saxlanılır və burada ikinci daşqın dalğası baş verə bilər. Bu ərazilərdə bəndlərin möhkəmləndirilməsi istiqamətində işlər aparılır.

İstinadlar Report