Sentyabrın 25-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında ansambl tərəfindən “Mənim Azərbaycanım süitası”, “Qazaxı”, “Nağaraçılar”, “Qaytağı”, “Toy”, “Ağ çiçəyim”, “Çayçı” rəqsləri, “Sarı gəlin” kompozisiyası, “Vətən süitası” və digər nömrələr ifa edilib.







İstinadlar Qafqazinfo