Qazaxıstandakı kütləvi etiraz aksiyaları zamanı Almatı şəhəri İnzibati Xətalar üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəmənin hakimi Murat Abrayev öldürülüb.

Bu barədə Almatı Şəhər Məhkəməsinin mətbuat xidməti bildirib.

Yanvarın 11-nə olan məlumata görə, Qazaxıstanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları və baş verən iğtişaşlar nəticəsində 9 900 nəfər saxlanılıb, güc strukturlarının 17 əməkdaşı ölüb, 1300-dən çox polis əməkdaşı xəsarət alıb.

İstinadlar Report