Qazaxıstan vətəndaşlarının 71 faizdən çoxu və ya 5,5 milyon nəfər ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin lehinə səs verib.

“Oktyabrın 6-da AES-in tikintisi layihəsi üzrə keçirilən səsvermədə 7 820 200 nəfər və ya ölkə vətəndaşlarının 63,66 faizi iştirak edib. Onların 71,12 faizi və ya 5 561 937 nəfəri layihənin lehinə, iki milyon nəfərdən çoxu (2 045 270) isə əleyhinə səs verib”, – komissiyanın nümayəndəsi Nurlan Abdirov bildirib.

Referendumda 12 284 487 qazaxıstanlı səsvermə hüququna malik olub.

İstinadlar Report