Qazaxıstan parlamenti Əlixan Smailovu ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib.

Onun lehinə 89 deputat səs verib.

Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir müddət əvvəl Baş nazir postuna Ə.Smailovun namizədliyini təqdim etmişdi.

Parlamentin təsdiqindən sonra dövlət başçısı Kasım-Jomart Tokayev Ə.Smailovun Baş nazir təyin olunması barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Smailov 1972-ci ildə dekabrın 18-də Qazaxıstanın Almatı şəhərində anadan olub. 1993-cü ildən maliyyə və iqtisadiyyat sahələrində müxtəlif vəzifələrdə çalışıb.

O, bu il yanvarın 5-dən Baş nazir səlahiyyətlərini icra edirdi.

İstinadlar Report