
Türkiyənin “Pegasus” aşağıbüdcəli aviaşirkətinin təyyarəsi Ukrayna və Qazaxıstan vətəndaşları arasında dava səbəbindən Ərzurum hava limanında məcburi eniş edib.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Antalyadan Astanaya uçan təyyarədə ukraynalı ər-arvad və Qazaxıstan vətəndaşı olan iki qadın arasında dava başlayıb. Stüardessaların səylərinə baxmayaraq, münaqişəni həll etmək mümkün olmayıb.
“Dava ilə əlaqədar pilot saat 02:00-da Ərzurum hava limanına eniş etməyə məcbur olub”, – kanal bildirib.
Hadisədən sonra hava limanına gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dörd sərnişini saxlayaraq polis bölməsinə aparıblar. Davanın səbəbi açıqlanmır.