Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Qazaxıstana hərbi dəstək fonunda gələn 2 min 500 əsgər arasında 70 erməni əsgəri də var.

Ölkədəki çörək sexlərinə nəzarət etməli olan erməni hərbçilərdən birinin fotosu sosial şəbəkələrdə lağlağı mövzusuna çevrilib.

Belə ki artıq çəkiləri ilə diqqət çəkən hərbçi ilə bağlı “Əslində, indi ac qalacağıq”, “Sobaları onlardan qorumaq lazımdır”, “Dostlarına qorxu, düşmənlərinə güvən verən ermənilər”, “Bir çörək sexini qorumağın ən yaxşı yolu bütün çörəkləri yeməkdir” şərhləri yazılıb.