Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik”, – bəyanatda qeyd olunur.

“Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.

İstinadlar Report