Qazaxıstan Parlamentinin Senatının (yuxarı palata) deputatları Xəzər dənizində insidentlərin qarşısının alınması ilə bağlı sazişi nəzərdən keçirib və təsdiqləyib.

Xatırladaq ki, sənəd aprelin əvvəlində ölkə parlamentinin Məclisinin (aşağı palatası) deputatları tərəfindən nəzərdən keçirilmiş və təsdiqlənmişdi. Xəzər dənizində insidentlərin qarşısının alınması üzrə sazişin özü isə 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanıb.

Sazişin əsas məqsədi Xəzər dənizində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hərbi dəniz gəmilərinin və ölkələrin Silahlı Qüvvələrinin hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, saziş tərəflərin Xəzər dənizində fəaliyyət göstərən və ərazi suları və onların üzərindəki hava məkanından kənarda olan hərbi gəmilərə və hava gəmilərinə şamil ediləcək.

İstinadlar Report