Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın bir sıra praktiki məsələləri müzakirə ediblər. Həmçinin Avrasiya məkanında inteqrasiya birliklərinin fəaliyyətinin bəzi aspektlərinə də toxunulub.

İstinadlar Report