
Qazaxıstanla Macarıstan 2025-ci il ərzində neftin sınaq rejimində daşınmasına dair razılıq əldə edib.
Razılıq Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevlə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto arasında Astanada keçirilmiş görüşdə əldə olunub.
Görüşdə “KazMunayQaz” və “MOL Group” şirkətləri arasında neft-qaz sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılıb.
Tərəflər hər iki şirkətin iştirak etdiyi “Rojkov” qaz-kondensat yatağının səmərəli istismarının zəruriliyini vurğulayıblar.