
Bu gün Tehranda keçirilən Qazaxıstan-İran biznes forumunun yekunları üzrə tərəflər arasında təxminən 93 milyon ABŞ dolları məbləğində sazişlər imzalanıb.
Forumda 50-dən çox qazaxıstanlı sahibkar və 230 İran şirkəti iştirak edib. Forum Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev və İranın kənd təsərrüfatı naziri Qolamreza Nurinin sədrliyi ilə keçirilib.
“Forumun sonunda ümumi məbləği 92,8 milyon ABŞ dolları olan 10 kommersiya sənədi imzalanıb ki, bu da İran və Qazaxıstan arasında ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm addım olub. Qazaxıstan İran bazarına 250 milyon ABŞ dolları dəyərində 75 adda məhsul tədarük etməyə hazır olduğunu bildirib”, – məlumatda qeyd olunub.