
Qazaxıstan Parlamentinin aşağı palatasının növbəti iclasında “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dəyişikliklər edilməsi haqqında Protokolun ratifikasiyası haqqında” qanun qəbul edilib.
Qanun layihəsi ratifikasiya olunmaq üçün parlament Senatına göndərilib.
Edilən düzəlişlər Katibliyin sənədlərinin təsdiq edilməsi funksiyalarını Xarici İşlər Nazirləri Şurasına, onların yekun qəbulu funksiyalarını isə Dövlət Başçıları Şurasına həvalə edir.
Bundan əlavə, Türkdilli Dövlətlərin Parlament Assambleyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı qohum təşkilatlar, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu isə tərəfdaş qurumlar kimi müəyyən edilib.