Qazaxıstanın Bakıdakı səfirliyi Xızı rayonunda hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Səfirliyin feysbuk hesabında edilən paylaşımda qeyd olunub:

“Qazaxıstan səfirliyi Xızı rayonunda Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir.  Xəsarət alanlara tezliklə şəfa tapmasını arzu edirik”.

İstinadlar Qafqazinfo