
Azərbaycan və Qazaxıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Bunu Qazaxıstanın səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası çərçivəsində bildirib.
“Qarşılıqlı səfərləri bunun ən böyük göstəricisi kimi hesab etmək olar. Bu baxımdan dinamikanın yüksək olduğunu görürük. Bütün region üçün əhəmiyyətli layihələrin həyata keçirilməsini davam etdiririk”, – o bildirib.
Diplomat Orta Dəhliz layihəsinin inkişaf dinamikasını xüsusi vurğulayıb.
Səfir xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji”nin nəqli üçün sualtı elektrik kabelinin çəkilməsi ilə bağlı müqavilə imzalayıblar.