
Qazaxıstan təhsil sahəsində əməkdaşlıq çərçivəsində ölkənin ali məktəblərinin müəllimlərini Qarabağ Universitetinə göndərməyə hazırdır.
Bunu Qazaxıstanın təhsil naziri Sayasat Nurbek təhsil sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Qazaxıstandan olan tələbələr də Qarabağ Universitetində təhsil almaq imkanı əldə edə bilərlər.
“Qazaxıstan tərəfi Azərbaycanla təhsil sahəsində əməkdaşlığa sadiqliyini əməldə sübut etməyə hazırdır”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, müasir geosiyasi reallıqlar Qazaxıstan və Azərbaycan arasında tələbə mübadiləsi üçün əlverişli şərait yaradır.