“Qazaxıstandakı hadisələrin baş verməsinə səbəb ciddi sosial-iqtisadi problemlər və bəzi dövlət qurumlarının səmərəsizliyi, uğursuz fəaliyyəti oldu. Bunu etiraf etmək lazımdır”.

Bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentdəki çıxışında deyib.

Qeyd edək ki, Qazaxıstandakı kütləvi etirazlar 2022-ci ilin ilk günlərindən başlayıb. Buna səbəb ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin artması olub. Sonra etirazlar digər şəhərlərə də keçib. Hakimiyyət yanvarın 19-na kimi ölkədə fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb.

İstinadlar Report