
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Millətlər Təşkilatının (BMT) universal bir birlik kimi alternativinin olmadığını, lakin onun islahata ehtiyacı olduğunu bildirib.
Bu barədə Tokayev Qətərin paytaxtı Doha Forumunda moderatorun suallarını cavablandırarkən deyib.
“BMT universal bir təşkilat kimi bəşəriyyət üçün tamamilə zəruridir. Böyük güclər, təəssüf ki, qlobal dünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki reallıqlar isə bir çox ölkələri, o cümlədən Qazaxıstanı çox narahat edir. Ona görə də BMT-də islahatlar aparılmalıdır”, – deyə o bildirib.
Qazaxıstan lideri qeyd edib ki, böyük dövlətlər arasında körpülər qurulmalıdır, onların olmaması BMT Təhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salıb: