Qazaxıstanın paytaxtı Astanada köhnə vağzalın yaxınlığında partlayış olub, xəsarət alan var.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Nəqliyyat Departamentinin rəis müavini Malik Kaybar idarənin sosial şəbəkədəki səhifəsində bildirib.

“Bu gün saat 00:25-də (Bakı vaxtı ilə 01:25) Astana stansiyasına gələn qatarın konteyneri partlayıb. Tələfat yoxdur, bir nəfər qolundan yüngül xəsarət alıb”, – Malik Kaybar qeyd edib.

İstinadlar Report