Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) nüvə silahının qadağan edilməsi haqqında sazişi ratifikasiya edib.

Bununla bağlı qərar qanunverici orqanın iyunun 24-də keçirilən plenar iclasda qəbul olunub.

Sazişə əsasən, üzv dövlətin ərazisində nüvə silahları və ya nüvə partlayıcı qurğularının istehsalı, sınaqdan keçirilməsi, əldə edilməsi, ötürülməsi, saxlanması və yerləşdirilməsi qadağan olunub. Sənəd həmçinin nüvə silahlarının istifadəsini, eləcə də ondan istifadə ilə bağlı təhdidlər edilməsini qadağan edib.

Qanun layihəsi imzalanması üçün Qazaxıstan prezidentinə göndərilib.

İstinadlar Report