AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • KİV: ABŞ Çinə ixraca nəzarətin tezliklə gücləndiriləcəyi barədə xəbərdar edib
  • Bakıda gənclərin “ölüm oyunu”
  • Oksfordda güclü partlayış olub – VİDEO
  • BMT TŞ beynəlxalq qüvvələrin Haitiyə göndərilməsini təsdiqləyib
  • Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür
  • Azərbaycanlı diplomat “France 24” telekanalının efirində Ermənistan sülh masasına oturmağa çağırıb
  • Ağ ev Kremlə cavab verib: “Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”
  • Ayxan Hacızadə Finlandiya səfirinə cavab verib: BMT-nin bəyanatlarına göz yummaq ikiüzlülükdür
  • KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib
  • Nəsimidə oğurlanan “Tofaş” markalı avtomobil Qaradağda tapılıb
  • KİV: ABŞ Çinə ixraca nəzarətin tezliklə gücləndiriləcəyi barədə xəbərdar edib
  • Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür
  • Ayxan Hacızadə Finlandiya səfirinə cavab verib: BMT-nin bəyanatlarına göz yummaq ikiüzlülükdür
  • Türkiyə Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb etdi
  • Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq edib
  • BMT: Azərbaycan Qarabağda mülki ermənilər və obyektləri hədəf almayıb, zorakılıq etməyib
  • “Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib söhbəti yalandır”
  • Qarabağda yaşayan erməni sakinlərin müraciətləri dinlənildi – Fotolar
  • “Ölkədəki hakimiyyət dəyişikliyi ABŞ-dən maliyyələşdirilib”
  • “Bu, Ermənistanın öz seçimidir” – Lavrov
  • Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu naməlum şəxs tərəfindən snayperlə vurulub
  • Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”
  • BMT: Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır
  • Xankəndidən çıxan ermənilərin növbəti təxribatı: meyitləri morqda saxlayıb çıxıblar
  • Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
  • Prezident, xanımı və oğulları sərgidə – Fotolar
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video
02/06/2023 13:14
Oksfordda güclü partlayış olub – VİDEO
03/10/2023 01:02
Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video
02/10/2023 18:43
Qarabağda mühəndis işləri aparılır – Video
02/10/2023 17:11
FHN metroda təlim keçirdi – Video
02/10/2023 14:53
Başını Şuşa tut… – Tarixi görüntülər – VİDEO
02/10/2023 12:23
Prezident Bakı Beynəlxalq Astronavtika Konqresində çıxış edir – Canlı – VİDEO
02/10/2023 11:00
Son bir həftədə… – Video
01/10/2023 12:32
Bu silahlar Ağdərədə müsadirə edildi – Video
30/09/2023 14:50
Salvador Dalinin Heydər Əliyev Mərkəzindəki sərgisini 10 mindən çox ziyarətçi izləyib – VİDEO
30/09/2023 14:07
Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb
30/09/2023 10:35
“Mən sənsiz ölmədim, məni bağışla…” – Qənirə Paşayevanın bacısı
30/09/2023 09:02
Qarabağda ermənilərin döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir – VİDEO
30/09/2023 08:50
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrları yayılıb – VİDEO
29/09/2023 21:25
Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim” – VİDEO
29/09/2023 20:17
Prezidentin Zəngilandakı çıxışının – Videosu
29/09/2023 19:05
Binəqədidə içməli sudan qanunsuz istifadənin qarşısı alındı – Video
29/09/2023 17:57

Video xəbərlər

  • Oksfordda güclü partlayış olub – VİDEO
  • Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video
  • Qarabağda mühəndis işləri aparılır – Video
  • FHN metroda təlim keçirdi – Video
  • Başını Şuşa tut… – Tarixi görüntülər – VİDEO

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

03/10/2023
01:17 KİV: ABŞ Çinə ixraca nəzarətin tezliklə gücləndiriləcəyi barədə xəbərdar edib
01:14 Bakıda gənclərin “ölüm oyunu”
01:02 Oksfordda güclü partlayış olub – VİDEO
00:44 BMT TŞ beynəlxalq qüvvələrin Haitiyə göndərilməsini təsdiqləyib
00:14 Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür
02/10/2023
23:47 Azərbaycanlı diplomat “France 24” telekanalının efirində Ermənistan sülh masasına oturmağa çağırıb
23:32 Ağ ev Kremlə cavab verib: “Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”
23:19 Ayxan Hacızadə Finlandiya səfirinə cavab verib: BMT-nin bəyanatlarına göz yummaq ikiüzlülükdür
23:17 KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib
22:44 Nəsimidə oğurlanan “Tofaş” markalı avtomobil Qaradağda tapılıb
22:35 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq
22:13 Türkiyə Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb etdi
22:11 Azərbaycan səfiri Belçikaya təşəkkür edib
21:52 Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq edib
21:49 BMT: Azərbaycan Qarabağda mülki ermənilər və obyektləri hədəf almayıb, zorakılıq etməyib
21:47 “Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib söhbəti yalandır”
21:23 Qarabağda yaşayan erməni sakinlərin müraciətləri dinlənildi – Fotolar
21:20 “Ölkədəki hakimiyyət dəyişikliyi ABŞ-dən maliyyələşdirilib”
21:08 “Bu, Ermənistanın öz seçimidir” – Lavrov
20:53 Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu naməlum şəxs tərəfindən snayperlə vurulub
20:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”
20:26 BMT: Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır
20:17 Xankəndidən çıxan ermənilərin növbəti təxribatı: meyitləri morqda saxlayıb çıxıblar
20:05 Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
19:57 Prezident, xanımı və oğulları sərgidə – Fotolar
19:35 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
19:19 “1 milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazımdır”
19:14 Ceyhun Bayramov Anqlikan Kilsəsinin dini rəhbəri ilə görüşüb
19:08 Azərbaycan XİN: Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah prosesi yekunlaşır
19:05 Ceyhun Bayramov Latviyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
18:55 Aİ gələn il üçün Ukraynaya 5 milyard avro hərbi yardımın ayrılması ilə bağlı razılığa gələ bilər
18:53 Azərbaycanla Çexiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib
18:43 Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video
18:41 Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat
18:38 Avstriyada Hitlerin evi polis bölməsinə verilir
18:29 Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadıldı
18:26 Emin Əmrullayev onları direktor təyin etdi
18:17 Xankəndidəki poliklinikada ilk erməni sakininə tibbi xidmət göstərilib
18:14 Qarabağda məscidlərimizin ermənilər tərəfindən təhqir edilməsi ilə bağlı yeni növbəti faktlar üzə çıxıb
18:01 Prezident Qranada görüşünün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvardır
17:59 Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib
17:55 Fərhad Babayev vəfat etdi
17:53 Suriya 10 ildən sonra Səudiyyə Ərəbistanında səfirliyinin fəaliyyətini bərpa edib
17:43 Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir
17:41 Aqrar Xidmətlər Agentliyinə sədr təyin olunub
17:35 Zaqatalada iki nəfərin ölümünə səbəb olan partlayışla bağlı cinayət işi başlanılıb
17:29 Lənkəranda uşaq evinə yeni direktor təyin olundu
17:22 Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanıldı
17:20 Finlandiyanın Baş naziri: “Rusiyadan gələ biləcək təhlükəyə hazır olmalıyıq”
17:19 Emin Hüseynov: “Son 3 ildə Qarabağda atılan addımlar səmərəli olub”
17:17 Tokayev və Ərdoğan əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər
17:14 Selçuk Bayraktar: “Yaxın vaxtlarda “Akınçı” PUA-ları Azərbaycana təhvil veriləcək”
17:11 Qarabağda mühəndis işləri aparılır – Video
17:08 Bakıda körpünün üstündə dayanan nasaz nəqliyyat vasitəsi yolda sıxlıq yaradıb
17:05 “Final” çay markası ucqar kəndin şagirdlərini sevindirib – Fotolar
17:02 Erməni deputat: “Ermənistanda defolt gözlənilir, ölkənin gələcəyi məlum deyil”
16:59 Milli Məclisdə görüş keçirildi – Fotolar
16:52 Prezidentlə xanımının bugünkü açılışdan – Fotoları +
16:49 Milli Məclisin deputatları Qazaxıstana gedəcəklər
16:49 Azərbaycanda son bir həftə ərzində COVID-19-a yoluxanların sayı açıqlanıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video

Multimedia 02/06/2023 13:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanla Qazaxıstan arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstan Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzlərin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.

Sonra qazaxıstanlı nümayəndələr Əməliyyat (Komando) hərbi hissələrinin birinə gəliblər. Qonaqlara hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti burada hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Oksfordda güclü partlayış olub – VİDEO

Multimedia 03/10/2023 01:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Böyük Britaniyanın Oksfordşir qraflığının paytaxtı Oksfordda güclü partlayış olub.

Insident “Severn Trent Water” müəssisəsində baş verib.

Böyük yanğına ildırımın tullantı emalı zavodundakı qaz konteynerlərinə vurması səbəb olub.

Hadisə yerinə təcili yardım xidmətləri cəlb edilib. İlkin məlumata görə, hadisədə zərər çəkən yoxdur.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video

Multimedia 02/10/2023 18:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin videogörüntüləri yayılıb.

“Qafqazinfo” həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycanın ilk şəhid qadın jurnalisti olan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən məhz bu kənd yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağda mühəndis işləri aparılır – Video

Multimedia 02/10/2023 17:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir”.

Bu Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir”, – MN-in məlumatında bildirilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN metroda təlim keçirdi – Video

Multimedia 02/10/2023 14:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Xətai” stansiyasında təlim keçirilib.

Nazirlikdən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Xətai” stansiyasının platformaaltı kabel kollektorunda şərti qısaqapanma baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Oxumağa dəyər:   OPEC-in Baş katibi 2023-2024-cü illərdə neftə tələbatın olacağına əmindir

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Başını Şuşa tut… – Tarixi görüntülər – VİDEO

Multimedia 02/10/2023 12:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Real TV”nin rəhbəri Mir Şahin Ağayevin “Bizim yeni era” teleoçerki yayımlanıb.

Müəllif layihədə artıq başa çatan Qarabağ münaqişəsindən, 90-cı illərin əvvəllərində və ondan öncəki dövrdə Azərbaycan qarşı aparılan məkirli siyasətdən, ölkəmizin sonda ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən danışıb.

Eyni zamanda, “Bizim yeni era” teleoçerkində tarixi kadrlar da öz əksini tapıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezident Bakı Beynəlxalq Astronavtika Konqresində çıxış edir – Canlı – VİDEO

Multimedia 02/10/2023 11:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin (“Azərkomos”) və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi keçirilir.

Prezident İlham Əliyev Konqresdə çıxış edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Son bir həftədə… – Video

Multimedia 01/10/2023 12:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi həftəlik icmalını (24.09.2023 – 01.10.2023) açıqlayıb.

“Qafqazinfo” icmalın videosunu təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu silahlar Ağdərədə müsadirə edildi – Video

Multimedia 30/09/2023 14:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat və müxtəlif təyinatlı döyüş texnikasının müsadirə edilməsi üzrə tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.

Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib.

Bundan başqa qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də silah və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Salvador Dalinin Heydər Əliyev Mərkəzindəki sərgisini 10 mindən çox ziyarətçi izləyib – VİDEO

Multimedia 30/09/2023 14:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Heydər Əliyev Mərkəzində aprelin 27-dən açılan  “Salvador Dali. Sürrealizm mənəm” sərgisini indiyədək 10 mindən çox ziyarətçi izləyib.

Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri yer alıb.

Oktyabrın 8-dək davam edəcək sərginin təşkil olunduğu məkanda  ötən həftəsonu  “Salvador Dalinin ilham pərisi” adlı rəqs tamaşasının premyerası keçirilib.
Tamaşa “Nine Senses” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təqdim olunur.

Dram janrında hazırlanan tamaşa müasir balet, qrafik texnologiya və musiqini özündə birləşdirərək sürrealizmin dahisi sayılan Salvador Dalinin əsərləri fonunda təqdim edilir. Əsər həm də Dalinin həyat yoldaşı Qalaya sonsuz sevgisini əks etdirir.

Təqdimatdan əvvəl tamaşaçılar məşhur ispaniyalı rəssam Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisi ilə tanış olublar.

Ziyarətçi Sayalı Baharın sözlərinə görə, Salvador Dali çox epataj sənətkardır: “20-ci əsrdə çox böyük inqilab edib. Heydər Əliyev Mərkəzində belə bir sərgi və tamaşada iştirak etdiyimə görə çox şadam”.

Oxumağa dəyər:   "20 sentyabr "Bütövlük Günü" kimi qeyd olunsun"

Rusiyanın Sankt-Peterburq şəhərindən olan ziyarətçi Leonid Yakovlev tədbiri çox bəyəndiyini deyib: “Çox qəribədir, amma Dalinin bəzi əsərlərində Azərbayacan incəsənəti ilə oxşarlıqlar sezdim. Məsələn, şəkillərdə Qobustan təsvirlərini gördüm. Sərginin keçirilməsi çox yaxşı oldu. Burada orijinal əsərlərə baxmaq mümkündür”. 

Daha sonra tamaşa nümayiş olunub. 

“Salvador Dalinin ilham pərisi” tamaşasının ideya müəllifi və xoreoqrafı Anna Verdedir.

Unikal layihədə Moskvada fəaliyyət göstərən teatrların aktyorları yer alıb: Eduard Axmetşin, Regina Axmetşina, Adeliya Qalimova, Yuliya Perepelitsa, Artyom Noçvin.

“Salvador Dali” obrazının ifaçısı Eduard Axmetşinin sözlərinə görə, tamaşanın hazırlıq prosesi çox çəkib: “Bu obrazı oynamaq üçün çox sayda sənədli filmə baxmışam. Təkcə çıxıb oynamaq üçün deyil, həm də daxili dünyasını yaşamaq və tanaşaçıya çatdırmaq üçün”. 

Digər ziyarətçi Aytən Fətəliyeva tamaşanı çox bəyəndiyini bildirib: “Həqiqətən də əsərin içinə girdim, canlı izlədim. Emosiyalar çox canlı idi, aktyorlar peşəkar idi. İnşallah belə tədbirlər çox olar. Heydər Əliyev Mərkəzinin sərgilərini hər zaman bəyənirəm, bu da onlardan biri idi”. 

Oxumağa dəyər:   Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb

Hüseyn Məmmədsalahov

Video: Pərvin Zeynal








İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb

Multimedia 30/09/2023 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının videogörüntülərini yayıb.

“Report” həmin görüntüləri təqdim edir:

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Mən sənsiz ölmədim, məni bağışla…” – Qənirə Paşayevanın bacısı

Sosial-iqtisadi 30/09/2023 09:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı bacısı Kəmalə Paşayeva sosial media hesabında paylaşım edib.

O, deputatla fotosunu Ramiz Rövşənin “Ayrılıq” şeiri ilə ifadə paylaşıb:

“Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

“Ölmədim” deyirəm, nə bilim axı, –

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.

Qeyd edək ki, Q. Paşayeva sentabrın 28-i axşam saatlarında 48 yaşında Mərkəzi Klinikada vəfat edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağda ermənilərin döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir – VİDEO

Multimedia 30/09/2023 08:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrları yayılıb – VİDEO

Multimedia 29/09/2023 21:25
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrlarını yayıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim” – VİDEO

Multimedia 29/09/2023 20:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Gecə evimizi ermənilər daşa basırdılar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermontov (Antaraşen) kəndində anadan olmuş Gülsəfa Rüstəmovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb, gənclik illərinin gözəl keçdiyini, kənddə əsasən ruslar, 15 ailə azərbaycanlı, 6-7 erməni ailəsi var idi:

“Biz erməni, rus, bilmirdik. Bizə ermənilər türk deyərdi, ruslar tatar deyərdi. Öz dilimizi bilirdik, bayramlarımızı keçirərdik, yumurta boyayardıq, qapı pusardıq”.

Onun sözlərinə görə, kənddən çıxarkən çox çətinliklərlə üzləşiblər:

“Gecə ikən kinoya baxırdıq. Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəklər. Birinci Qazaxa gəldik, 5-6 gün qaldıqdan sonra bizi geri qaytardılar. Ondan sonra ara qızışdı, qaçaqaçdıq düşüdü. Biz tankla çıxdıq. Biz oradan çıxanda mənim 29 yaşım var idi. Ailədən 2 nəfər bir çıxdıq, 4 nəfər də bir çıxdıq. Anam iki uşağımı bir götürdü, kiçik oğlum əlimdə 1 yaş 7 aylıq idi. Gecə evimizi daşa basırdılar. Böyük qızımla kiçik oğlumu kartofun arasında gizlətmişdim. Kartof ləkdə çiçək açmışdı, arasında gizlədirdim. Gündüz olanda bizə çox dəymirdilər, axşamlar bizi çox qorxudurdular. Vanadzor kəndi var idi, orada yaxın adamımızdan öldürdülər, əşyalarını, özlərini yandırdılar. Oradan qaçıb gəlib bizim rus kəndinə dolmuşdular. Qaynatamgilin evini yandırdılar, özünü döydülər. Elə yarımcan Gəncəyə gətirdilər, elə orada da rəhmətə getdi. 1918-ci ildə nənəmin birinci yoldaşını da, bir dənə də qızını ermənilər öldürmüşdü”.

Oxumağa dəyər:   Ayxan Hacızadə Finlandiya səfirinə cavab verib: BMT-nin bəyanatlarına göz yummaq ikiüzlülükdür

G.Rüstəmova doğma yurda qayıtmağı çox istədiyini deyib:

“Bu, hər zaman arzumuz olub. Sakitçilik, mehribançılıq olsa, qayıtsaq, daha yaxşı olar. İlk gedişimdə birinci qəbiristanlığa gedərdim, ondan sonra da evimə dəyərdim. Hər bir yeri, cığırı tanıyıram. Heç bir cığırımızı unutmamışam. Məzarlarımız, rəhmətə gedənlərimiz orada qaldı. O heç vaxt yaddan çıxmaz. Həmişə öz evimizi, həyətimızı, kəndimizi, dağlarımızı yuxumda görürəm. İnşallah, qayıdacağıq. Buna əminik və böyük həvəslə gedəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxumağa dəyər:   Parlamentdə mərhum deputatların xatirəsi yad edildi...

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 29-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin Zəngilandakı çıxışının – Videosu

Multimedia 29/09/2023 19:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Ölkə başçısının Forumdakı çıxışının videosunu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə içməli sudan qanunsuz istifadənin qarşısı alındı – Video

Multimedia 29/09/2023 17:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Nəzarət tədbirləri zamanı Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən və bir sahibkara məxsus un məmulatları təndir, “Ekonom” market, təkər təmiri, əlvan metal qəbulu, heyvan saxlama məntəqələrində sudan qanunsuz istifadə halları aşkarlanıb. Belə ki, bu obyektlərin sahibi texniki şərt almadan, müqavilə bağlamadan qeyri-qanuni şəkildə yaxınlıqdan keçən 1400 mm diametrli magistral su kəmərinə qoşulma verərək içməli sudan qanunsuz şəkildə istifadə edib. Nəzarət tədbirləri zamanı məlum olub ki, həmin obyektlərin arxasında yerləşən 13 həyət evi üçün həmin magistral su kəmərindən özbaşına birləşmə verilib. 

8-ci mikrorayon yaşayış massivi, Süleyman Sani Axundov 5B ünvanında yerləşən “Kababçı” və  “Çayxana”da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Həyata keçirilən araşdırma zamanı, Seyid Cəfər Pişəvəri küçəsi 1 ünvanında yerləşən hovuz avadanlıqlarının satışı məntəqəsində sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi sayğacdankənar xətt çəkərək içməli sudan qeyri-qanuni istifadəni davam etdirib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Oxumağa dəyər:   Ayxan Hacızadə Finlandiya səfirinə cavab verib: BMT-nin bəyanatlarına göz yummaq ikiüzlülükdür

Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 12219, Binəqədi rayonunda isə 2337 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 03/10/2023 01:02

Oksfordda güclü partlayış olub – VİDEO

Read more
Multimedia 02/10/2023 18:43

Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video

Read more
Multimedia 02/10/2023 17:11

Qarabağda mühəndis işləri aparılır – Video

Read more
Multimedia 02/10/2023 14:53

FHN metroda təlim keçirdi – Video

Read more
Multimedia 02/10/2023 12:23

Başını Şuşa tut… – Tarixi görüntülər – VİDEO

Read more
Multimedia 02/10/2023 11:00

Prezident Bakı Beynəlxalq Astronavtika Konqresində çıxış edir – Canlı – VİDEO

Read more
Multimedia 01/10/2023 12:32

Son bir həftədə… – Video

Read more
Multimedia 30/09/2023 14:50

Bu silahlar Ağdərədə müsadirə edildi – Video

Read more
Multimedia 30/09/2023 14:07

Salvador Dalinin Heydər Əliyev Mərkəzindəki sərgisini 10 mindən çox ziyarətçi izləyib – VİDEO

Read more
Multimedia 30/09/2023 10:35

Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb

Read more
Sosial-iqtisadi 30/09/2023 09:02

“Mən sənsiz ölmədim, məni bağışla…” – Qənirə Paşayevanın bacısı

Read more
Multimedia 30/09/2023 08:50

Qarabağda ermənilərin döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir – VİDEO

Read more
Multimedia 29/09/2023 21:25

Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrları yayılıb – VİDEO

Read more
Multimedia 29/09/2023 20:17

Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim” – VİDEO

Read more
Multimedia 29/09/2023 19:05

Prezidentin Zəngilandakı çıxışının – Videosu

Read more
Multimedia 29/09/2023 17:57

Binəqədidə içməli sudan qanunsuz istifadənin qarşısı alındı – Video

Read more
Multimedia 29/09/2023 14:05

Sözləri Qənirə Paşayevanındır… – VİDEO

Read more
Multimedia 29/09/2023 13:35

“Uşaq yaşlarından şəhid olacağını deyirdi…” – VİDEO

Read more
Multimedia 29/09/2023 11:47

Uçan körpünün yerində yenisi inşa edilir – Video

Read more
Multimedia 29/09/2023 10:38

Yeni qazlaşan Çay Üzü kəndinin şəhid ailələri ziyarət olundu – Video

Read more
Multimedia 29/09/2023 10:35

Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam edir – VİDEO

Read more
Multimedia 29/09/2023 00:29

Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO

Read more
Multimedia 27/09/2023 21:34

“Antiterror tədbiri sanki cərrahiyə əməliyyatı kimi icra olundu”

Read more
Multimedia 27/09/2023 19:30

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video

Read more
Multimedia 27/09/2023 16:41

Kəmaləddin Heydərov Zəfər parkında – Video

Read more
Multimedia 27/09/2023 15:21

Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO

Read more
Multimedia 27/09/2023 15:14

Canım oğlum… – Videoreportaj

Read more
Multimedia 27/09/2023 15:08

Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü – Video

Read more
Multimedia 27/09/2023 09:20

Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır! – Video

Read more
Multimedia 27/09/2023 09:17

Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib – VİDEO

Read more
Multimedia 26/09/2023 22:41

Belə başlamışdı… – Video

Read more
Multimedia 26/09/2023 19:59

Xocalıda daha bir silah-sursat anbarı aşkar edildi – VİDEO

Read more
Multimedia 26/09/2023 15:05

Xocalıda tərk edilmiş dayaq məntəqəsi – Video

Read more
Multimedia 26/09/2023 09:44

Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir – VİDEO

Read more
Multimedia 25/09/2023 19:08

“Bu qız bizim qızdır” – Video

Read more
Multimedia 25/09/2023 17:22

Kəlbəcərdə döyüş texnikası müsadirə edildi – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla