Qazaxıstan səfirliyi Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisinə məsul olan “BI Group” şirkətinin nümayəndələrini mükafatlandırıb.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, “BI Group”un Beynəlxalq Layihələr Departamentinin direktoru Arman Lesbekov, layihə rəhbəri Daulet Janabilov, diplomatlar və digər qonaqlar iştirak ediblər.

Görüşdə səfir “BI Group”un əməkdaşlarına müvafiq nazirliyin fəxri fərmanlarını və təşəkkürnamələrini təqdim edib.

A.Bayel həmçinin yaradıcılıq mərkəzinin tikintisində komandanın işinin peşəkarlığına, keyfiyyətinə və səmərəliliyinə görə təşəkkürünü bildirib.

A.Lesbekov isə öz növbəsində “BI Group”un bu mühüm layihə üzərində çalışan zaman göstərilən hərtərəfli dəstəyə görə səfirliyə minnətdarlığını bildirib və hazırkı tikinti işlərinin gedişindən danışıb.

İstinadlar Report