Qazaxıstan Daxili İşlər Nazirliyinin Cinayət-İcra Sistemi Komitəsi həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzası alan ölkənin keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayevin cəzaçəkmə müəssisəsidən qaçması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.

Bu barədə “KazTAG” agentliyi məlumat yayıb.

Komitə bildirib ki, sosial şəbəkələrdə K. Bişimbayevin qaçması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhkum cəzasını ciddi rejimli müəssisədə çəkir.

Qeyd olunub ki, yalan məlumatın yayılması ilə bağlı artıq cinayət işi başlanıb və təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar.

İstinadlar Report