Qazaxıstan Mərkəzi Afrika Respublikası, Konqo, Mali və Livanda BMT-nin sülhməramlı missiyalarında iştirak etmək üçün 430 hərbçi göndərəcək.

Parlament palatalarının birgə iclasında deputatlar Prezident Kasım-Jomart Tokayevin sülhməramlı kontingentin göndərilməsi ilə bağlı təklifini bəyəniblər.

Parlamentdə çıxış edən Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, regionda baş verən son hadisələr milli təhlükəsizliyə yeni risklər və çağırışlar üçün əsasdır. Ona görə də qoşunların daha da gücləndirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir.

İstinadlar Report