Qazaxda iki uşağı ildırım vurub.

Bu barədə Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-ya bildirilib. Qeyd edilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib.

“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən – 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”, – qeyd olunub.

İstinadlar Qafqazinfo