Qazaxda 26 yaşlı oğlanı cərəyan vurub öldürüb.

Hadisə Ağköynək kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Əliyev həyətlərində suvarma işləri aparan zaman nasosda yaranan elektrik axını onu vuraraq öldürüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Report