Paytaxtın bir çox ərazisində qazın verilməsində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bu barədə məlumatı “Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbalayev verib. O bildirib ki, gecə saat 1 radələrində Qaradağ-Bİgah magistral qaz kəmərində qaz sızması aşkar olunub:

“Qəza səbəbindən Bakının bir çox rayonunda qazın verilməsində fasilə yaranıb. Təmir işləri səhər saat 7 radələrində yekunlaşıb və saat 9-dan etibarən yaranmış məhdudiyyət aradan qaldırılıb”.

İstinadlar Qafqazinfo