Bu gün Azərbaycanın populyar xəbər portalı “Qaynarinfo” 17 yaşını qeyd edir. 

Jurnalist Zahir Əzəmətin rəhbərlik etdiyi xəbər portalının əsası 25 aprel 2007-ci ildə qoyulub.

Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan portal cəmiyyətin bütün təbəqələrinin tribunası olmağı hədəfləmiş və bu illər ərzində prinsiplərinə sadiq qalmağı bacarıb.

Həmkarlarımızı təbrik edirik! 

İstinadlar Qafqazinfo