Daşkəsəndə karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Elnur” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonaq iştirak etməsi müəyyən olunub.

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimələnib.

İstinadlar Qafqazinfo