Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Qax şəhər sakinləri 1999-cu il təvəllüdlü Mirzəyev Vetxviya Çingiz oğlu və 1981-ci il təvəllüdlü Qulaşvili Mamuka Şota oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Qax rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo