Qaxda avtomobil təmiri sexlərində yanğın olub.

Yanğın şəhərin Xurşidbanu Natəvan küçəsində yerləşən Mirzəyev Fizuli Fərrux oğluna məxsus avtomobil təmiri sexlərində baş verib.

Yanğın yerinə Qax rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 250k/m, 6 sexdən ibarət olan avtomobil təmiri sexlərinin biri tamamilə, biri isə qismən yanıb.

Sexdə olan avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Mübariz Muradov

İstinadlar Qafqazinfo