Qaxda ikimərtəbəli ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Günorta saatlarında rayonun N.Tusi küçəsi ev 16 ünvanında 1970-ci il təvəllüdlü Əhmədov Mehdi Rza oğluna məxsus ikimərtəbəli evdə yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğının yaxındakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo