Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub

Hadisə Qax-İlisu avtomobil yolunun, rayonun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə 1995-ci il təvəllüdlü rayon sakin Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və “VAZ-2106″dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un yerli bürosuna bildirilib ki, dünən saat 23 radələrində Qax rayonunun İlisu kəndi ərazisində Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə 1995-ci il təvəllüdlü rayon sakin Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və “VAZ-2106″dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report