Qax rayonunda güclü külək və leysan yağış elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Bu gün axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Əlverişsiz hava şəraitinə görə, rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılıb.
Qeyd edək ki, artıq iki saata yaxındır, rayon ərazisinə güclü küləklə müşahidə olunan leysan yağır.