Qaxda 2 yaşlı uşaq “Vanish”dən zəhərlənib.

Hadisə rayonun Qaşqaçay kəndində baş verib. Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Şövkət Babayev nəzarətsiz qalaraq yuyucu maye “Vanish” içib. Azyaşlı mayedən zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər Ş.Babayevin həyatını xilas ediblər. Hazırda vəziyyəti normaldır.

İstinadlar Qafqazinfo