
Qətər milli aviaşirkəti “Qatar Airways”ə məxsus təyyarə Suriyada hakimiyyət dəyişikliyindən sonra Doha-Dəməşq marşrutu üzrə ilk kommersiya uçuşunu həyata keçirib.
Bunu Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Bu gün Dəməşq Beynəlxalq Hava Limanına ilk kommersiya təyyarəsi gəlib. “Qatar Airways”ə məxsus təyyarə saat 10:05-də Dohadan uçub”, – o, brifinqdə bildirib.
Qətər XİN rəsmisinin sözlərinə görə, təyyarədə 200 sərnişin olub.