Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən “Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb.

Buraxılış 8 markadan ibarət vərəq şəklində hazırlanıb. Poçt markası 103 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub.

Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Qeyd edək ki, oktyabrın 13-də “Qars müqaviləsi”nin bağlanmasının 100 ili tamam olur. “Qars müqaviləsi” mühüm tarixi əhəmiyyətə malikdir. Müqavilə ilə Naxçıvanın statusu təsbit olunub və tərəflər Naxçıvanın
muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəlib.


İstinadlar Qafqazinfo