Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabah Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə məlumatı Gürcüstanın Azərbaycandakı səfirliyi yayıb.

Bildirilir ki, İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək.

Bununla yanaşı, Qaribaşvilinin Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşü də planlaşdırılıb.

Səfər 1 gün davam edəcək.

İstinadlar Qafqazinfo